Azərbaycanda tikinti materialları ucuzlaşıb: Səbəb nədir?
“Son iki il ərzində tikinti materiallarının qiymətində müşahidə edilən süni qiymət artımı yerli istehsal məhsullarına olan tələbatı aşağı saldı”.
Bunu Qaynarinfo.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı son zamanlar tikinti materiallarının qiymətlərində müşahidə olunan azalmanı dəyərləndirərkən deyib.
Ekspert qiymətlərin aşağı düşməsinin səbəbini belə izah edib:
“Qiymətlərin süni şəkildə artımından sonra bir sıra tikinti layihələrinin icrası zamanı podratçılar xarici bazara üz tutmağa məcbur oldular. Nəticə etibarilə tikinti materiallarının qiymətlərini süni şəkildə artıran şəxslər öz bazarlarına mənfi təsir göstərdilər və qiyməti azaltmağa məcbur oldular. Səbəb daha çox bununla bağlıdır”.
Ramil Osmanlı hesab edir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti bumunun sürətlənməsindən sonra yerli istehsalçıların maraqları artmağa başlayıb.
“Əslində, bu gün tikinti bazarında olan qiymətlər də yuxarıdır və adekvat deyil. Qiymətlər bir qədər də aşağı salına bilər”, - deyə ekspert vurğulayıb.
664 dəfə oxundu