"AQTA şirkətimizə təzyiq göstərmək üçün edir, həqiqətlə əlaqəsi yoxdur" - "Volt"

  "AQTA şirkətimizə təzyiq göstərmək üçün edir, həqiqətlə əlaqəsi yoxdur" -
“Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, “Wolt” şirkəti öz fəaliyyətini davam etdirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlamasında deyilir.
“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, “Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənmişdir.
AQTA tərəfindən “Volt Azərbaycan” MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçmişdir”, - məlumatda deyilir.

  "AQTA şirkətimizə təzyiq göstərmək üçün edir, həqiqətlə əlaqəsi yoxdur" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...