İşdən çıxarılan general vətəndaşın evini necə ələ keçirib?

İşdən çıxarılan general vətəndaşın evini necə ələ keçirib?

Bu gün işdən çıxarıldığı barədə məlumat yayılan Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov barəsində maraqlı məlumatlar əldə etmişik.

Qaynarinfo xatırladır ki, Hikmət Kərimovun işdən çıxarılması barədə məlumat səhər saatlarında yayılıb. Məlumat Muxtar Respublikanın rəsmi media orqanı kimi tanınan "Nuhçıxan” saytında dərc edilib. Xəbərdə bildirilir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Hikmət Kərimovun işdən çıxarılması barədə sərəncam imzalayıb.

Hikmət Kərimov 2014-cü ildə general-mayor rütbəsi alıb. Həmin ilə qədər nazir müavini olsa da, polkovnik rütbəsi daşıyıb.

İddialara görə, o, daha çox narazılığa səbəb olan məmurlar kateqoriyasına aiddir. Bəzi məlumatlarda isə Hikmət Kərimovun Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxın şəxs olduğu iddia edilir.

Ötən il generalın adı mənzil qalmaqalında hallanıb. Naxçıvan sakini olan Məmmədov Vüqar Məmmədhüseyn oğlu Hikmət Kərimovu onu yaşadığı evdən çıxarmaqda ittiham edir.

Onun müraciətində deyilir: "1994-cü ildə daxili işlər orqanlarında işə qəbul olmuşam. İşlədiyim dövrdə yəni, 1996-cı ildə Daxili İşlər Nazirliyinin nəzdində olan yataqxana binasında mənə ailəmlə yaşamaq üçün mənzil verilib. Buna baxmayaraq, xidmətimlə bağlı müəyyən rayonlarda işləyirdim. 2015-ci ildə təqaüdə çıxdım. Təqaüdə çıxmaqda məqsədim övladım olmadığından müəyyən müalicələr almaq üçün Bakı şəhərinə köçdük və Bakı şəhərində kirayə ev tutub qaldıq. Müalicəni davam etdirdik və bir övladımız dünyaya gəldi. Uşaq xəstə olduğu üçün, məcburən Bakı şəhərində qaldıq. Hərdən Naxçıvana gedərkən həmən yataqxanada qalırdıq və uşağın müalicəsi üçün Bakı şəhərinə gəlib gedirdik.

1996-cı ildən 2022 -ci ilin aprel ayınadək həmin mənzildə qeydiyyatdaydıq (yəni 28 ildir). 23.04.2022-ci il tarixdə DIN-nin müavini Zahid Gözəlov əl telefonuma zəng edərək bildirdi: "Fövqaladə Hallar Nazirliyindən bizə məktub gəlib”. Soruşdum "nə məktubdur?”, dedi ki "göstəriş verilib evdən çıxasınız”. Soruşdum, bu nə məsələdir. Bildirdi ki, FHN-nin müavini general-mayor Kərimov Hikmət Kərim oğlunun göndərdiyi məktub əsasında evdən çıxmağınız tələb olunur. Mən də 3 gün ondan sonra getdim FHN -nin müavini general-mayor Hikmət Kərimovla görüşdüm. O təkidlə bildirdi ki, evi boşalt. Mən dedim ki, mənim evim yoxdur, məni evlə təmin edin çıxım. Həmin mənzildə 28 ildir qeydiyyatdayam və yaşayıram. O isə mənə bildirdi ki, 3 günə vaxt verirəm, çıxmasan göstəriş verəcəyəm, əşyalarını töksünlər çölə. Özün də şikayət üçün hara gedirsən get. Başladı vəzifəsindən sui-istifadə edib məni hədələməyə. Yenə təkrarən bildirdi ki,özünə məxsus olan əşyaları götürməsən göstəriş verəcəm qapını qırıb çölə töksünlər. Mən də məcbur olub evdən çıxdım. Evimdəki əşyalarımı hara aparacağımı bilmədiyim üçün dəyər-dəyməzinə satdım. Sonra Bakıda kiraya yaşadığım evə qayıtdım. Başıma gələnləri həyat yoldaşıma bildirdim. Yoldaşım çox həyacan keçirtdi, dedi: "Mən 22 il o evdə övladsız yaşamışam, indi 5 yaşında övladımız var, biz harda qalacayıq? Yoldaşım bu həyacandan xərçəng xəstəliyinə düçar oldu. Hazırda vəziyyəti orta kafidir. Bakı şəhəri Milli Onkologiya Xəstəxanasında qeydiyyatdadır və müalicə olunur. Ayda bir dəfə kimya-terapiya qəbul edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...