Xankəndidə mənzillər neçəyə satılır? – Yeni qiymətlər

Xankəndidə mənzillər neçəyə satılır? –
Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan mənzillərin qiyməti kəskin ucuzlaşıb.
Yeniavaz.com Ermənistanın məşhur elan saytlarından olan List.am-a istinadən bildirir ki, iki ay əvvəl satışa çıxarılan mənzillə hazırda satışa çıxarılan mənzilin qiyməti arasında 30%-dən çox ucuzlaşma var.
Saytda yerləşdirilən elanlardan açıq şəkildə görülür ki, aprel ayının 1-də satışa çıxarılan 2 otaqlı mənzil (35 kv. m.) 12 milyon drama (31 min dollar) təklif olunub.
Dünən (28.05.2023) sayta yerləşdirilən satış elanında isə 2 otaqlı mənzil sahəsi daha çox (42 kv. m.) olmasına baxmayaraq daha ucuz qiymətə - 8 milyon drama (20,7 min dollar) təklif olunur.
Onu da bildirək ki, bir neçə il əvvəl Xankəndidə 2 otaqlı mənzillər təxminən 40-45 min dollar arasında satışa çıxarılırdı.
Xankəndidə mənzillər neçəyə satılır? –
Xankəndidə mənzillər neçəyə satılır? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
391 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...