Prezident Kılıçdaroğlunun “İpək Yolu” açıqlamasına münasibət bildirib?
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti bu gün Şuşada xalqa müraciət edib. Prezident müraciətində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə yanaşı bir çox məsələlərdən bəhs edib.
Yeniavaz.com xəbər verir ki, İ.Əliyev çıxışında nəqliyyat dəhlizləri məsələsinə də toxunub.
Ölkə rəhbəri bildirib ki, “Orta Dəhliz” layihəsinin bünövrəsi məhz Heydər Əliyevin fəaliyyəti ilərində qoyulub. Halbuki bu gün Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyənlər də var:
“Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
Məlumat üçün bildirək ki, “Orta Dəhliz” məsələsi bir neçə gün əvvəl Tükiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun çıxışı zamanı da gündəmə gəlib.
Belə ki, Türkiyədə mayın 14-də baş tutacaq növbəti prezident seçkilərində müxalifətin əsas namizədlərindən biri hesab olunan CHP (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu mayın 7-də bəyan edib ki, hakimiyyətə gələrsə, Çin və Türkiyəni birləşdirəcək nəqliyyat dəhlizini istifadəyə verməyi düşünürlər. Kılıçdaroğlu bunu tarixi İpək Yolunun bərpası kimi dəyərləndirib. CHP sədri yeni nəqliyyat dəhlizinin Türkiyədən İrana və ordan da Orta Asiya respublikalarına (Türkmənistan, Özbəkistan və Qazaxıstan) daxil olaraq Çinə qədər uzanacağını bildirib. Kılıçdaroğlunun bu açıqlaması birmənalı qarşılanmayıb. Eyni zamanda Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, Ermənistan, Gürcüstanın və Orta Asiyanın digər 2 respublikasının – Qırğızıstan və Tacikistanın adını çəkməməsi (“Orta Dəhliz” marşrutu üzrə) narazılıqlara səbəb olub.
547 dəfə oxundu