Azərbaycanda mətbuatın vəziyyəti "çox pis"dir – Türkiyədə ondan da pisdir

Azərbaycanda mətbuatın vəziyyəti "çox pis"dir –
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2023-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2023") adlı yeni hesabatını açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 3 pillə yaxşılaşıb. Ötən il 180 ölkə arasında 154-cü sırada yer alan Azərbaycan bu il 151-ci sıraya yüksəlib.
Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:

0-40 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("tünd qırımızı"),
40-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" ("tünd narıncı"),
55-70 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" (“açıq narıncı"),
70-85 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı")
85-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("yaşıl")

Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2023-cü ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2022-ci il hesabatında 39,4 bal toplayan Azərbaycanın bu il 39,9 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız Rusiya (164-cü yer), Türkiyə (165-ci yer), Türkmənistan (176-ci yer) və İran (177-ci yer) daha da pis olub.
Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Litva (7-ci yer), Estoniya (8-ci yer), Latviya (16-cı yer) və Moldovada (28-ci yer) qeydə alınıb.
Bunlardan baqşa mətbuat azadlığı sahəsində Ermənistan 49-cu, Gürcüstan 77-ci, Ukrayna 79-cu, Qırğızıstan 122-ci, Qazaxıstan 134-cü, Özbəkistan 137-ci, Tacikistan 153-cü, Belarus isə 157-ci yerdə qərarlaşıb.
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, İralandiya, Danimarka, İsveç, Finlandiya və Niderlanda məxsus olub. Ən pis vəziyyət isə Şimali Koreya, Çin, Vyetnam, İran və Türkmənistanda qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...