Mirziyoyev daha 19 il prezident ola biləcək - Özbəkistanda referendum

Mirziyoyev daha 19 il prezident ola biləcək -
Özbəkistanda aprelin 30-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə keçirilib.
Yeniavaz.com xəbər verir ki, Özbəkistan MSK-nın yaydığı məlumata görə referendumda ilkin yekun seçici fəallığı 84,54% olub, 16 673 189 nəfər səs verib.
MSK-nın keçirdiyi brifinqdə bildirilib ki, səs verənlərin 90,21%-i referendumu dəstəkləyib.
Xatırladaq ki, genişmiqyaslı konstitusiya islahatı 2022-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.
Qanun layihəsində Konstitusiyanın maddələrinə 200-ə yaxın dəyişiklik nəzərdə tutulub. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilə uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi bəndləri də var. Əsas dəyişiklik ondan ibarətdir ki, indiki prezident 2042-cı ilə qədər vəzifəsində qala biləcək. Mirziyoyev hazırda ikinci prezidentlik müddətini icra edir. Amma yeni dəyişikliklə onun əvvəlki prezidentlik müddəti sıfırlanacaq. O daha 2 dəfə prezident seçilə bilər. Yeni konstitusiya prezidentə səlahiyyət müddətini, o cümlədən indiki müddəti 5 ildən 7 ilə qədər uzatmaq hüququ verəcək ki, bu da Mirziyoyev üçün 2042-ci ilə qədər hakimiyyət imkanları açacaq.
Qeyd edək ki, referendumu müşahidə edənlər arasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və onun rəhbərlik etdiyi geniş nümayəndə heyəti də olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...