Azərbaycanda "Trendyol"a məhdudiyyət qoyulacaq? - Rəsmi açıqlama

Azərbaycanda "Trendyol"a məhdudiyyət qoyulacaq? -
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.

Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.

Qeyd edək ki, Hazırda ölkə gündəmində ən çox müzakirə olunan mövzulardan biri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının Türkiyənin "Trendyol" platforması ilə bağlı çıxışıdır.

O bildirib ki, Azərbaycan bazarındakı pərakəndəçilər "Trendyol"dakı qiymətlərlə rəqabət apara bilmir və bu haqsız rəqabətə yol açır. Cavid Süleymanlı təklif edir ki, "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyi açılsın, Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-i burada ehtiyatda saxlanılsın və bu məhsulların da qiymətlərinə digər pərakəndə ticarət obyektlərində olduğu kimi gömrük vergisi əlavə olunsun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...