Ərdoğan intihar hadisəsinin qarşısını aldı

Ərdoğan intihar hadisəsinin qarşısını aldı


Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Boğaziçi Körpüsündə intihar təşəbbüsündə olan insanı istəyinin qarşısını alıb.

Modern.az türk mediasına istinadən xəbər verir ki, vətəndaşın özü atmaq istədiyi ərəfədə dövlət başçısının maşın karvanı yaxınlıqda hərəkət edirmiş.

Qələbəlik yarandığından maşın karvanı dayanıb və intihar cəhdi barəsində Ərdoğana məlumat verilib. İntihar istəyində olan şəxs dövlət başçısının onunla maraqlandığını eşidəndən sonra fikrindən yayınıb.

Sonradan Ərdoğanla görüşən sakin problemləri səbəbindən bu addımı atdığını deyib. Prezident köməkçilərinə onun problemləri ilə maraqlanmaq tapşırığı verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...