Ərdoğan ABŞ-a gedir

Ərdoğan ABŞ-a gedir


ABŞ-dakı İslam mədəniyyət mərkəzi kompleksinin açılışını ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan açacaq. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, mərkəz Memar Sinan üslubunda tikilib. Mərkəzdəki məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Binanın tikintisinə 2011-ci ilin sentyabrında Vaşinqton yaxınlığında yerləşən Meriland ştatında başlanılıb. Kompleks ABŞ İslam Mədəniyyət Mərkəzi, Türkiyə Dəyanət İşləri Nazirliyi və Türkiyənin Dəyanət Fondunun dəstəyi ilə 60 hektarlıq ərazidə tikilib. Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obmanı kompleksin açılış mərasiminə dəvət edib və bu, qəbul olunub. Türkiyə prezidenti yaxın günlərdə bu məqsədlə ABŞ-a səfər getməyi planlaşdırır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...