Rusiya Türkiyə ilə daha bir razılaşmanı pozdu

Rusiya Türkiyə ilə daha bir razılaşmanı pozdu


Rusiya Türkiyə ilə mövcud olan hüquqi qarşılıqlı yardım müqaviləsindən çıxmaq qərarına gəlib. Axar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Türkiyə ilə mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında müqavilədən çıxır. Sözügedən təklif Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə razılaşdırılıb.

Qeyd edək ki, sözügedən müqavilə 1997-ci ilin 15 dekabrında imzalanıb.Xatırladaq ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər noyabrın 24-də bu ölkənin hava sərhədini pozan Su-24 bombardmançısının vurulmasından sonra gərginləşib. Moskvadan Ankaranın ünvanına sərt bəyanatlar səsləndirilib. İki ölkə arasındakı iqtisadi-ticari əlaqələr demək olar ki, tamam kəsilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...