ABŞ Ukraynaya 400 milyon dollarlıq yardım paketi ayırdı: ilk dəfə yeni tanklar göndəriləcək

ABŞ Ukraynaya 400 milyon dollarlıq yardım paketi ayırdı:

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketinin ayrıldığını açıqlayıb.

Paketə Çexiyanın T-72 tankları da daxil olacaq.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.

Bu barədə danışan Pentaqonun sözçüsü Sabrina Sinq brifinq zamanı bildirib ki, ABŞ 45 Çex tankının təmiri və modernləşdirilməsini maliyyələşdirir, daha 45 tankın xərclərini isə Niderland ödəyəcək.

Tankların bir hissəsi dekabrın sonunda Ukraynada olacaq, digərləri isə 2023-cü ildə gələcək. Sabrina Sinqin sözlərinə görə, bunlar döyüş meydanındakı ən qabaqcıl tanklar olacaq.

Vəsait "Hawk" hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin təmirinə sərf olunacaq ki, nəticədə bunlar paketə daxil ediləcək. Vəsait hesabına həmçinin 250 M1117 zirehli döyüş maşınının təmiri də nəzərdə tutulub. Paketə eyni zamanda 1100 Phoenix Ghost dronları və 40 zirehli çay kateri daxildir.

Pentaqonun məlumatına görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya təhlükəsizlik yardımı üçün 18,9 milyard dollardan çox vəsait ayırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...