"Türklər bizim qardaşımızdır" - Tatarıstan Moskvaya rədd cavabı verdi

"Türklər bizim qardaşımızdır" -


Tatarıstan Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi üzündən türk sərmayəsi və mütəxəssislərindən imtina etmək fikrində deyil.

Avropa.info xəbər verir ki, Türkiyə ilə bağlı jurnalistlərin sualına cavab verən respublika prezidenti Rüstəm Minnixanov bildirib ki, bu Tatarıstan üçün çox həssas və elə də asan olmayan məsələdir. Minnixanov deyib ki, Türkiyə ilə Rusiya arasında siyasi gərginlik olsa da, “türklər bizə qardaş xalqdır, eyni dilə, eyni dinə mənsubuq”.

“Onlar bizim respublikaya inanıblar. Biz təminat verdik və milyardlarla dollar türk investisiyası aldıq. Bu layihələrdə işləyənlərin 95-98%-i Tatarstan və Rusiya vətəndaşlarıdır” – Minnixanov belə deyib. Bundan əlavə Tatarıstanda yüksək səviyyəli Türkiyə mütəxəssisləri çalışır. “Düşünürəm ki, bu cür mütəxəssislərdən imtina etmək düzgün olmayacaq. Bu məsələdə rusiyalı həmkarlarımın məni dəstəkləyəcəyinə inanıram. Hələ ki, bu dəstəyi tapırıq”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...