ABŞ öz vətəndaşlarını Ukraynadan təcili çıxmağa çağırır

ABŞ öz vətəndaşlarını Ukraynadan təcili çıxmağa çağırır
ABŞ səfirliyi ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

“Dövlət Departamenti Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və hökumət obyektlərinə raket zərbələrinin sayını artıracağı ilə bağlı məlumat alıb. Rusiyanın zərbələri Ukraynanın dinc sakinləri və mülki infrastrukturu üçün daim təhlükə törədir”.

Səfirlik amerikalıları Ukraynanı təhlükəsiz olduğu halda yerüstü nəqliyyat vasitələri ilə tərk etməyə çağırış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...