Ruslar Xarkovu bombaladı - Ölənlər və yaralananlar var

Ruslar Xarkovu bombaladı -
Rus ordusu Xarkovu bombalayıb.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin Slobodski rayonuna endirilən zərbələr nəticəsində bir neçə yanğın baş verib.
"Regional Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, Xarkov şəhərinin Slobodski rayonunda raket zərbəsindən sonra biri uşaq olmaqla 5 nəfər yaralanıb. Bütün ixtisaslaşmış xidmətlər yerlərdə işləyir", - Sinegubov bildirib.
Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfərin öldüyünü açıqlayıb.
Qeyd olunub ki, yanğınsöndürmə və axtarış-xilasetmə işləri davam etdirilir. Ölən və yaralananların sayının artacağı istisna olunmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...