“Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq” Davudoğlu

 “Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq”


“Türkiyə hərbçiləri İraqa hərbi əməliyyatlarda iştirak üçün deyil, yerli qüvvələrə təlim keçmək məqsədilə göndərilib”.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu “A Haber”ə müsahibəsində bildirib.


Ə. Davudoğlu qeyd edib ki, Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq: “Biz Başika düşərgəsinə hücumun qarşısını almaq üçün lazımi tədbirlər görmüşük. Türk hərbçiləri orada qalacaqlar. Düşərgənin gücləndirilməsi məqsədilə ora əlavə qüvvələr göndərmişik. Hərbçilərimizin orada mövcudluğunun qanuni olub-olmaması isə müzakirə olunmur”, - deyə o vurğulayıb.

Xatırladaq ki, İraq hökuməti Türkiyə hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...