Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb

Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb
Bu gün Belarusun cənub-şərqində yerləşən Brest şəhərində hərbi təlimlər başlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Brest Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Roqaçuk bildirib.

Onun sözlərinə görə, təlimlərə helikopter və qırıcılar da cəlb olunub.

Qeyd edək ki, təlimlərin keçirildiyi yer Ukrayna sərhədindən 60 km aralıda - Polşa sərhədi yaxınlığındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...