Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-ə endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-ə endirib

Rusiya Mərkəzi Bankının İdarə Heyətinin növbədənkənar iclasında əsas uçot dərəcəsi üç faiz bənd azaldılaraq 14%-dən 11%-ə endirilib.

Bu barədə “Report” tənzimləyici qurumun məlumatına istinadən xəbər verir.

Faiz dərəcəsinə baxılmasının səbəbləri rublun möhkəmlənməsi və əhalinin inflyasiya gözləntilərinin azalması olub.

Xatırladaq ki, fevralın 28-də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Mərkəzi Bank əsas uçot dərəcəsini 9,5%-dən 20%-dək artırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...