Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Polşaya gəlmiş ukraynalı qaçqınların sayı 2,5 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.

Polşa DİN-in hesablamalarına görə, gələnlərdən 1,5 milyonu ölkədə qalıb. Martın 16-dan Polşa hökuməti ölkədə qalmaq istəyən qaçqınların qeydiyyatını apararaq, onlara PESEL fərdi identifikasiya nömrələri təqdim edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...