Bombalanan doğum evindəki hamilə qadın və körpəsi ölüb

Bombalanan doğum evindəki hamilə qadın və körpəsi ölüb
Ukraynanın Mariupol şəhərində rus ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “VOA”nın jurnalisti Asya Dolina məlumat yayıb.
Jurnalist bildirib ki, sözügedən hamilə qadın bombalanan doğum evindən yayılan görüntülərdə xərəklə hadisə yerindən çıxarılan şəxsdir. Onun bətnindəki körpə də dünyasını dəyişib.
Dolinanın sözlərinə görə, görüntülərdəki digər hamilə qadın isə körpəsini dünyaya gətirib. Lakin buna baxmayaraq yeni doğulmuş körpə dünyasını dəyişib.
Qeyd edək ki, Mariupoldakı doğum evinin bombalanması 9 martda baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...