Rusiyanın Ukraynada məhv edilən hərbi hava texnikasının sayı məlum olub

Rusiyanın Ukraynada məhv edilən hərbi hava texnikasının sayı məlum olub
Ukrayna hava müdafiəsi qüvvələri və aviasiyası ötən gün Rusiya ordusuna məxsus 4 helikopteri, “Forpost-M” tipli 1 ədəd dronu, “Su-34” tipli 1 ədəd qırıcı bombardmançı təyyarəni məhv edib, düşmənin zirehli texnika karvanlarına 10-dək zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri feysbuk səhifəsində açıqlama yayıb.

Bildirilib ki, həmçinin Ukraynaya məxsus “Su-27” və “Mig-29” tipli qırıcı təyyarələrinin müxtəlif istiqamətlərdə düşmənin sayca üstün qüvvələrinə qarşı 10-dək hava döyüşü keçirərək itkisiz geri qayıdıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...