Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,56 ABŞ dolları, yaxud 7,31 % azalaraq 118,56 ABŞ dollarına düşüb.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 109,33 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...