Ukraynada əsir götürülən rusiyalı hərbçilərin sayı açıqlandı

Ukraynada əsir götürülən rusiyalı hərbçilərin sayı açıqlandı
Ukraynada 250-300 rusiyalı hərbi qulluqçu əsir saxlanılır.

"Unikal" xəbər verir ki, bu barədə "Feigin Live" verilişinin efirində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

“Mən deyə bilərəm ki, ən azı 250-300 nəfər əsirlikdədir”, - Aretoviç bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır.

“Söhbət ondan gedir ki, mənim hesablamalarıma görə, burada ən azı 80-100 min muzdlu var”, – Aretoviç bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...