Qızılın qiyməti 2000 dollardan aşağı düşüb

Qızılın qiyməti 2000 dollardan aşağı düşüb
Qızıl 2000 ABŞ dolları səviyyəsindən aşağı düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, treyderlər risklərə qayıtmağa başlayırlar. Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,16%, yaxud 3,2 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 985 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,21% artaraq, 1 unsiyası 25,87 ABŞ dolları təşkil edib.

Fond birjalarındakı artım treyderlərin risklərə qayıtmağa başladığından xəbər verir. Belə ki, Asiya indeskləri 1-4%, Avropa indeksləri orta hesabla 3-8%, ABŞ indeskləri isə 2-3,6% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...