"Çin Rusiyaya bənzər bir işğala cəhd etsə..." - Tayvanın müdafiə naziri

"Çin Rusiyaya bənzər bir işğala cəhd etsə..." -
Tayvanın müdafiə naziri Çiu Kuo-çenq bildirib ki, Pekin Rusiyaya bənzər bir işğala cəhd etsə, həm Çin, həm də Tayvan ağır bədəl ödəyəcək.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək üçün Tayvan parlamentinin iclasından əvvəl jurnalistlərə danışan Çiu deyib ki, müharibə olarsa, bu hər kəs, hətta qaliblər üçün belə bədbəxt sonluqla bitəcək:
"Biz hadisələri sakitcə izləyirik və buna uyğun hazırlaşırıq".
Qeyd edək ki, Rusiyanın Ukraynanı işğala cəhd etməsi Tayvanda oxşar ssenari ilə üzləşə biləcəkləri barədə yenidən həyəcana səbəb olub. Tayvan özünü öz hökuməti olan müstəqil bir dövlət kimi görür. Lakin Çin uzun müddətdir ki, bu ölkəni separatçı bir əyalət kimi qiymətləndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...