Böyük Britaniya Ukraynaya 100 milyon dollar göndərəcək

Böyük Britaniya Ukraynaya 100 milyon dollar göndərəcək


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ukraynaya kömək üçün 100 milyon dollar ayıracaq.

Bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, məqsəd ölkədə maliyyə təzyiqini yumşaltmaqdır.

Bu vəsaitlər dövlət sektoru işçilərinin maaşlarının ödənilməsi, sosial müdafiə şəbəkəsinin dəstəklənməsi və pensiyaların ödənilməsi üçün istifadə oluna bilər.

Vəsait Dünya Bankı vasitəsilə təmin ediləcək.

Mənbə: UNİAN



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...