Sumı şəhərində 100-dən artıq soydaşımız qalıb

Sumı şəhərində 100-dən artıq soydaşımız qalıb
“Dünən məlumat yayılmışdı ki, gecə Kiyevə raket zərbələri ilə dəstəklənən və bu günə qədər ən genişmiqyaslı hücum gözlənilir. Bu saata qədər bir neçə dəfə həyəcan siqnalı verilməyinə baxmayaraq, elə bir ciddi hadisə qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) deyib.

O bildirib ki, 15 km yaxınlıqdakı İrpen şəhərində vəziyyət gərgin olaraq qalır: “Üç gündən artıqdır ki, şəhərə işıq və istilik verilmir, yemək və su təchizatı yoxdur”.

Ceyhun Məmmədovun sözlərinə görə, təxliyə üçün müraciətlər çoxdur: “Dünən Kiyevdən 55 nəfər İstanbula yola salınıb. Bundan əvvəl qrup şəklində 1100 nəfər azərbaycanlının təxliyəsini həyata keçirmişik. Maşınla sərhədə gedənlər də var. Ona görə də bu gün Kiyevdən dəqiq nə qədər azərbaycanlının təxliyə olunduğunu demək çətindir. Burada köç yaşanır. Eyni zamanda, biz zirzəmidə və evlərində çarəsiz qalanlara ərzaq yardımı etməyə çalışırıq. Bakı ilə danışırıq ki, əlavə qatar və ya avtobus ayrılmasına dəstək olunsun. Çünki artıq Ukraynanın bəzi şəhərləri ilə koordinasiyanı itirmişik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...