Rusiya Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi YERLƏŞDİRDİ

Rusiya Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi
Rusiya son günlərdə Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi yerləşdirib.

Gundeminfo.az xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

Xəbərə görə, yeni hərbi qüvvələrin bir hissəsi ötən gün rəsmi Moskvanın Ukrayna ilə sərhəddəki qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı məlumatlarının fonunda iki ölkənin sərhədinə göndərilib.

Mənbə qeyd edib ki, hərbçilərin sayının artması Rusiyanın geri çəkilmə iddialarının yanlış olduğunu göstərir.Yeni təxminlərə görə, Rusiyanın Ukrayna ilə sərhədə cəmlədiyi hərbçilərin sayı 150 minə çatıb./apa/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...