Rusiya oliqarxlarının Almaniyadakı mülkləri müsadirə oluna bilər

Rusiya oliqarxlarının Almaniyadakı mülkləri müsadirə oluna bilər

Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, rusiyalı oliqarxların Almaniyadakı daşınmaz əmlakı sanksiyalar çərçivəsində müsadirə oluna bilər.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya parlamentində Azad Demokratik Partiyası fraksiyasının sədr müavini Aleksandr Qraf Lambsdorf deyib.

Lambsdorf “Bild” telekanalıba müsahibəsində bildirib ki, Rusiyadan olan bəzi oliqarxların Berlində nəhəng holdinqləri var: “Əgər daşınmaz əmlakın alınması üçün istifadə olunan vəsaitin mənbəyinə əmin deyiliksə, onu rekvizisiya etməliyik”.

O, digər cəza tədbiri kimi hərəkət azadlığının məhdudlaşdırılmasını və hesabların dondurulmasını qeyd edib: “Biz bu sanksiyalar məsələsinə daha siyasi yanaşmalıyıq. İndiyədək bizdə sanksiyaların sırf hüquqi anlayışı üstünlük təşkil edib”.

Bundestaq deputatının fikrincə, prezident Putinə aydın olmalıdır ki, Ukraynaya hücum Avropa ilə münasibətlərin sonu demək olacaq: “Bu halda iqtisadi qarşılıqlı əlaqə minimuma enəcək, müəyyən fəaliyyət növlərinə qadağa qoyulacaq və Rusiya banklarının yenidən
maliyyələşdirilməsi son dərəcə çətinləşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...