Qırğızıstan əsgərləri Qazaxıstanda etirazçılara qarşı çıxmayacaq

  Qırğızıstan əsgərləri Qazaxıstanda etirazçılara qarşı çıxmayacaq

“Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə də, etirazçılarla qarşı-qarşıya dayanmayacaqlar. Onlar yalnız strateji obyektləri qoruyacaq”.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev deyib.
O həmçinin bildirib ki, Qırğızıstan sülhməramlıları strateji əhəmiyyət kəsb edən obyektlərin mühafizəsinin təmin edilməsinə cəlb olunacaqlar:
“Joqorku Keneş (Qırğızıstan parlamenti - red.) tərəfindən təsdiq olunarsa, Qırğızıstan Respublikasının hərbi qulluqçuları KTMT Nizamnaməsinə uyğun olaraq, kollektiv qüvvələrin tərkibində müstəsna halda sülhməramlı fəaliyyət üçün Qazaxıstan Respublikasına göndəriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...