Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir təyin edilib

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir təyin edilib

Ermənistan Rusiyaya yeni səfir təyin edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistan Prezidenti Armen Sarkisyanın imzaladığı fərmana əsasən, sabiq müdafiə naziri Vaqarşak Arutunyan Rusiyaya səfir təyin olunub.

Digər fərmanla Vardan Toqanyan geri çağırılıb.

Xatırladaq ki, Vaqarşak Arutunyan 1999-2000-ci illərdə, eyni zamanda, 2020-ci ilin sonlarından ötən ilin 20 iyuluna qədər Müdafiə Nazirliyinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...