ABŞ-da son sutkada 1 milyondan çox insan koronavirusa yoluxdu

  ABŞ-da son sutkada 1 milyondan çox insan koronavirusa yoluxdu
Son sutka ərzində ABŞ-da omikron ştammının yayılması fonunda 1 milyondan çox insanda koronavirus aşkarlanıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu, pandemiyanın başlanmasından bəri bir gündə maksimum artımdır.
Əvvəlki antirekord dekabrın son günündə, həkimlərin 590 minə yaxın koronavirusa yoluxma halını müəyyən etdiyi vaxt qeydə alınıb.

“Bloomberg” qeyd edir ki, dərc edilmiş məlumatlar real vəziyyəti əks etdirməyə bilər, çünki bir çox amerikalı evdə koronavirus testləri aparır və nəticələri aparıcı statistika agentliklərinə bildirmirlər .

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 56 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 820 mindən çox insan həmin xəstəlikdən dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...