Gürcüstanda “Omikron”a yoluxma halları artıb

Gürcüstanda “Omikron”a yoluxma halları artıb
Gürcüstanda koronavirusun “Omikron” ştamına indiyədək 93 yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, yoluxan şəxslər nəzarətdə saxlanılır və ştamın ötürülmə zənciri məlumdur.

Qeyd edək ki, dekabrın 28-dək yeni ştam 63 nəfərdə aşkarlanmışdı.

Xatırladaq ki, qonşu ölkədə COVID-19-un mutasiyaya uğramış yeni ştamına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...