"Paşinyan Araiki devirmək planı qurub. Artıq 1-ci epizod baş tutub, lakin..." - Ermənistan KİV

"Paşinyan Araiki devirmək planı qurub. Artıq 1-ci epizod baş tutub, lakin..." -

“Qarabağda qeyri-adi vəziyyət yaranıb: müxalifətdən tutmuş hakimiyyətə qədər siyasi elita Ermənistan hakimiyyətinə qarşı üsyan qaldırıb”. Gundeminfo.az moderator.az-a istinadən xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.

“Arayik Arutyunyan Paşinyanı Qarabağdan rədd etmək prosesinə başlayaraq bu vəziyyəti sona çatdıracaq, yoxsa ona qarşı təhlükə neytrallaşdırılıb və dövlət marağı artıq əhəmiyyət kəsb etmir?”- deyə erməni nəşri sual edir.

“Xatırladaq ki, Nikol Paşinyan mətbuat konfransında deyib ki, ona elə bir danışıqlar irsi qalıb ki, o, Qarabağın ermənilərin olaraq qalacağını deyə bilməz. Xüsusən də son günlər...

Məsələ ondadır ki, Ermənistanın baş naziri Samvel Babayan vasitəsilə Arayik Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması proqramını həyata keçirməyə çalışıb: əvvəlcə büdcənin qəbulunu uğursuzluğa düçar etmək, sonra isə Qarabağ prezidentinə impiçment elan etmək”- “Hraparak” nəşrindəki materialda belə deyilir.

Guya Araikin kənarlaşdırılması nəticəsində Qarabağ “öz subyektivliyini itirəcək” və daha “prezident” “seçə” bilməyəcəkdi. Lakin qəzetin yazdığına görə, Arayik Arutyunyan bu sui-qəsddən xəbər tutub və müxalifətlə məsləhətləşmələr nəticəsində çevriliş proqramının birinci hissəsinin qarşısını ala bilib – qondarma separatçı-terrorçu rejimin “büdcəsi” qəbul edilib…

Buna rəğmən erməni qəzeti yazır ki, Qarabağda tezliklə ikinci epizodun şahidi olacaqlarını istisna etmirlər. Belə ki, guya Samvel Babayan bəzi dairələrin köməyi ilə Arutyunyana qarşı etirazlar yaratmağa çalışacaq.
“Yeri gəlmişkən, büdcə layihəsinin qəbulundan sonra, dekabrın 23-də Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, rədd cavabı alıb”, – “Hraparak” nəşri belə yazır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...