"Türkiyə ilə münasibətlərimizin korlanmasını istəmirik" - Kadırov

"Türkiyə ilə münasibətlərimizin korlanmasını istəmirik" -

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Cövhər Dudayevin adını daşıyan parkın açılışı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarına Türkiyə rəhbərliyinin reaksiya verməyini istəyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Kadırov dünən keçirilən mətbuat konfrasında danışıb. O bildirib ki, Çeçenistan hökuməti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın düzgün qərar verəcəyinə ümid edir:

“Biz Türkiyəni sevirik, onun zəngin tarixi var, müsəlman irsi var. Ona görə də bu ağılasığmaz hadisəyə görə münasibətlərimizin korlanmasını istəmirik”.

Qeyd edək ki, Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş etmişdi. O həmçinin Türkiyəni PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi ilə hədələmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı açıqlama verərək, Rusiya hökumətinin parka çeçen separatçılarının lideri Cövhər Dudayevin adının verilməsindən narazılığını diplomatik kanallar vasitəsilə Ankaraya çatdırdığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...