Bayden yenidən prezidentliyə namizəd olmaq istəyir

Bayden yenidən prezidentliyə namizəd olmaq istəyir
“İndi olduğu kimi, onda da səhhətim imkan verərsə, 2024-cü ilin prezident seçkisində namizədliyimi irəli sürəcəyəm”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində mümkün namizədliyi barədə ABC telekanalına müsahibəsində bildirib.

“Mən taleyə son dərəcə hörmət edən adamam. Tale həyatımda bir neçədə dəfə təzahür edib. İndi olduğu kimi onda da sağlığım yaxşı olarsa, namizədliyimi irəli sürəcəyəm”, - Cozef Bayden əlavə edib.

ABŞ-ın keçmiş Prezidenti Donald Trampla yenidən namizəd olaraq rəqabət aparıb, aparmayacağı ilə bağlı suala cavabında isə C.Bayden deyib: “Namizəd olarsa, Trampa qarşı niyə də mübarizə aparmayım?!. Bu, yarışa marağı artırar”.

Qeyd edək ki, 2019-cu ilin noyabrında keçirilən prezident seçkilərində onun rəqibi D.Tramp olub. Cozef Bayden 2020-ci ilin yanvarında prezident olaraq and içib. 79 yaşlı Cozef Baydenin 2024-cü ildə 82 yaşı olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...