Ərdoğan: ““TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib”

Ərdoğan: ““TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib”

“Bu gün Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TurkoVac” peyvəndimiz təcili istifadə üçün təsdiqlənib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sualını cavablandırarkən “TurkoVac” vaksininin növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacağını əlavə edib.

Nazir bildirib ki, vaksinlə bağlı tədqiqatlar 1 həftə - 10 gün ərzində tamamlanacaq və növbəti həftənin sonundan etibarən başda şəhər xəstəxanaları olmaqla kütləvi istifadəyə təqdim ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...