Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən milyonlarla funt sterlinq alacaq - FOTOLAR

Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən milyonlarla funt sterlinq alacaq -

Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq.

Gundeminfo.az xəbər verir ki, boşanma prosesinin aparıldığı Böyük Britaniya Ali Məhkəməsinin qərarı çərşənbə axşamı, dekabrın 21-də açıqlanıb.

Hakimlərin qərarına əsasən, bu məbləğin bir hissəsini – 251 milyon funt-sterlinqi keçmiş ər şahzadəyə təzminat kimi ödəyəcək. Daha 290 milyon funt sterlinq onların uşaqları 14 yaşlı Cəlilə və 9 yaşlı Zayedin övladlarının ömürlük dəstəyinə gedəcək. Eyni zamanda, əmir onların təhsili üçün 3 milyon funt-sterlinq, cari xərclər üçün isə 9,6 milyon funt-sterlinq ödəyəcək. Məhkəmə həmçinin bildirib ki, Dubay əmiri həyat yoldaşı və iki övladı üçün “əsas təhlükədir”.


Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən milyonlarla funt sterlinq alacaq -
Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən milyonlarla funt sterlinq alacaq -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...