Qonşusunu koronavirusu yaydığına görə ÖLDÜRDÜ

Qonşusunu koronavirusu yaydığına görə

İngiltərədə bir nəfər qonşusunu bölgəyə koronavirus yaydığı iddiasıyla öldürüb.

Unikal.org xəbər verir ki, ruhi xəstə olduğu bildirilən şəxs qonşusuna silahla atəş açaraq həyatına son qoyub. O, qısa zamanda polis tərəfindən saxlanılıb. Cinayətkar barəsində qətimkan tədbiri seçilib.

Maraqlısı budur ki, cani şəxs polislərə açıqlamasında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin keçmiş köməkçisi olduğunu və onun təlimatına əsasən, şəxsi öldürdüyü söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...