İcra başçısı növbəti səyyar qəbul keçirdi

İcra başçısı növbəti səyyar qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Dəmirçilər kənd İƏD üzrə nümayəndəliyin Ağkənd kəndində keçirilib.
Qəbulda hüquq-mahafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Ağkənd kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Ağkənd kəndinin 667 hektar ərazisi, 248 təsərrüfatı, 1304 nəfər əhalisi var. Ərazidə 1 körpələr evi uşaq bağçası,1 kitabxana, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 533 baş iribuynuzlu, 975 baş xırdabuynuzlu heyvan, 4380 baş quş, 88 arı ailəsi saxlayırlar.
Son üç ildə Ağkənd kəndində kənd arası yollar 600 metr cari təmir olunub, su arxları 9.7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 800 ədəd çəkil, 40 ədəd eldar şamı ağacı əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Nəsib Haqverdiyev Ağkənd kəndinə əsas suvarma arxından qapının qoyulması, Rəşid Sultanov suvarma arxlarının təmizlənməsi, İbrahim İbrahimov kəndə suyun normaya uyğun verilməsi, Rəhman Tahirov kənddə olan poçt filialının bağlanmaması, Sərdar Muradov suvarma arxlarına tullantıların atılmasının qarşısının alınması və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


İcra başçısı növbəti səyyar qəbul keçirdi
İcra başçısı növbəti səyyar qəbul keçirdi
İcra başçısı növbəti səyyar qəbul keçirdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...