Selcuk Bayrakdar yeni hədəflərini açıqladı

Selcuk Bayrakdar yeni hədəflərini açıqladı
"Bu gün “F-35” təyyarələrinin Türkiyəyə verilməməsi bizim üçün çətin görünsə də, ancaq sabah milli müdafiə sənayemiz üçün ən xeyirli işlərdən biri ola bilər”.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, bunu ABŞ “F-35” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq etdiyi sanksiyaya münasibət bildirən “Bayrakdar” pilotsuz uçuş aparatının ixtiraçısı Selcuk Bayrakdar deyib.

Onun sözlərinə görə, Türkiyənin belə bir təyyarəyə sahib olması bəlkə 15-20 il sürəcək, ancaq milli platformada hazırlanacaq “F-35” daha güclü, maliyyə baxımından daha ucuz olacaq: "Son 4-5 ildə AKINCI layihəsinin və pilotsuz uçuş aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik. Gələcəyin yarışlarına bu gündən hazırlaşıb dünyanın getdiyi yerdə lider olmağa çalışmalıyıq...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...