Ermənistanda 748, Gürcüstanda 395 nəfər yoluxdu

Ermənistanda 748, Gürcüstanda 395 nəfər yoluxdu
Ermənistanda son sutkada daha 748 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 176 286-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 239-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 834 nəfərdir. İndiyədək 165 441 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 772 aktiv koronavirus xəstəsi var.

Gürcüstanda isə ötən sutkada daha 395 nəfərə koronavirus diaqnozu qoyulub, 9 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 274 045-ə, ölənlərin sayı isə 3 622-yə yüksəlib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 310 nəfər artaraq 267 421 olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...