Hillari Klintonun naməlum məktubları tapılıb

Hillari Klintonun naməlum məktubları tapılıb

ABŞ prezidentinin administrasiyası sabiq dövlət katibi Hillari Klintonun hökumətin sərəncamına təqdim eləmədiyi bir sıra məktubları aşkarlayıb. Musavat.com-un məlumatına görə, bu barədə CBS News telekanalı xəbər yayıb.

Məktublar vaxtilə İraq və Əfqanıstandakı müharibələrə məsul olan ABŞ-ın Mərkəzi Komandanlığına rəhbərlik eləmiş, hazırda isə istefada olan general Devid Petreusla yazışmalardan ibarətdir. Yazışma xeyli dərəcədə kadr məsələlərindən bəhs edir və ilkin məlumatlara görə, məxfi sənədlərə aidiyyəti yoxdur.

Bununla belə, məmurların fikrincə, əvvəllər təqdim olunmamış yazışmaların üzə çıxarılması faktının özü Klintonun xidməti yazışma arxivini tam şəkildə təhvil verdiyinə şübhələr yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...