Avropa komissarı: “Yunanıstan Avrozonada qalmalıdır”

Avropa komissarı: “Yunanıstan Avrozonada qalmalıdır”

“Yunanıstanla bağlı razılaşmanın əldə olunmasına “bir neçə santimetr” qalır”.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının iqtisadi və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi deyib. "Yunanıstan Avrozonada qalmalıdır”, - deyə o vurğulayıb. P. Moskovisi həmçinin qeyd edib ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu gün günorta saatlarında Yunanıstan hökuməti üçün yeni təkliflər hazırlayacaq: “Avropa Komissiyası daxil olmaqla, kreditorların nümayəndələri islahatlar proqramına dair təkliflərini Yunanıstan hökumətinə təqdim ediblər. Yunanıstan hökuməti də öz ideyalarını təqdim edib. Aİ tərəfindən artıq bir neçə ildir fəaliyyət göstərən Yunanıstanın maliyyələşdirilməsi proqramı iyunun 30-da başa çatır. Yekun vəsait yalnız Yunanıstan və onun kreditorları islahatlar paketinə dair razılığa gələ bilsələr, ayrıla bilər. Bu vəsait olmasa, Avrozona tarixində ilk dəfə Yunanıstan suveren defolta uğraya bilər”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...