İŞİD Qafqazı rəsmən öz vilayəti elan etdi

İŞİD Qafqazı rəsmən öz vilayəti elan etdi

İŞİD terror təşkilatı Şimali Qafqaz vilayətinin yaradıldığını elan edib. Axar.az xəbər verir ki, bu barədə məlumatı terror qruplaşmasının ikinci şəxsi Əbu Məhəmməd əl-Adnani yayıb. Adnaninin sözlərinə görə, vilayətin tərkibinə Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardino-Balkariya daxildir. Yeni vilayətə rəhbər vəzifəsinə isə Əbu Məhəmməd Kadarski təyin edilib. İŞİD-in “İmarət Qafqaz”ın tabe olmaqla bağlı andını qəbul etməsini CNN telekanalı da təsdiq edib.

Qeyd edək ki, “İmarət Qafqaz”ın keçmiş lideri Əliəsxəb Kebekov ölənə qədər İŞİD tərəfdarları ilə təşkilat daxilində kəskin mübarizə gedirdi. Dağıstan mücahidləri İŞİD-ə tabe olduqlarını desələr də, Çeçenistan və bir sıra digər yerlərin səhra komandirləri bundan imtina edirdilər. Hazırda “İmarət Qafqaz”ın 15 min döyüşçüsü var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...