İŞİD öz qızıl pulunu buraxdı

İŞİD öz qızıl pulunu buraxdı

İŞİD terrorçuları öz qızıllarının istehsalına başlayırlar. Anpress-in məlumatına görə, bu barədə "Telegraph" məlumat yayıb.

Qızıl qəpiklərin fotolarının terrorçu dəstə üzvlərindən biri sosial şəbəkə səhifəsində yerləşdirib. Onların üzərində İŞİD-ə məxsus olmaları barədə işarələr açıq-aydın görünür.

Bu qızılın qiymətinin qızıl dinara bərabər olacağı deyilir. Bu isə 193 dollar deməkdir.

İŞİD terrorçuları tutduqları Suriya və İraq ərazilərində xəlifət qurmaq iddiasındadırlar. Qruplaşma hələ ötən ildən öz qızıl, gümüş pullarını buraxmaq niyyətində olduğunu açıqlamışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...