Putin Çeçenistan paytaxtına “Döyüş şöhrəti şəhəri” adı verdi

Putin Çeçenistan paytaxtına “Döyüş şöhrəti şəhəri” adı verdi

Rusiya prezidenti Vladimir Putin Qatçina, Qroznı, Petrozavodsk, Sataraya Russa və Fedosiya şəhərlərini “Döyüş şöhrəti şəhəri” adı ilə təltif edib. Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısının 2015-ci ilin aprel ayının 6-da imzaladığı fərmanlarda, bu adın şəhərlərə Vətənin azadlıq və müstəqilliyi uğrunda mübarizədə göstərdikləri şücaət, dözüm və kütləvi qəhrəmanlığa görə təqdim edildiyi qeyd edilmişdi.

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Qroznıya verilən “Döyüş şöhrəti şəhəri” adı çeçen xalqına münasibətdə ədalətin bərqərar olmasıdır. “Biz bununla fəxr edirik, çeçen xalqı bəxtiyardır və dövlətimizə, Ali Baş Komandanımıza xidmət etməyə hazırdır”, - Kadırov deyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...