Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”

Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”

“BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiya Qərb ilə əməkdaşlığa hazırdır”.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib. “Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək”, - deyə V. Putin vurğulayıb.

Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...