"AKP və MHP-nin koalisiya qurması müharibənin başlaması deməkdir"

"AKP və MHP-nin koalisiya qurması müharibənin başlaması deməkdir"

Kürd Birliyi Təşkilatının (KCK) liderlərindən olan Murat Karayılan AKP və HDP koalisiyası barədə maraqlı mesaj verib.

Musavat.com-un məlumatına görə, Karayılan deyib: “Türkiyə tarixinin ən mühüm seçkilərindən birini keçirdi. İlk dəfə TBMM-dən kənarda tutulan şəxslər öz kimliyi və mədəniyyətiylə məclisə gəldi. Seçkilərdə HDP-nin uğur qazanması bütün xalqlar və mədəniyyətlər adına vacib idi. İndi koalisiya müzakirələri başlayıb. Amma koalisiyadan əvvəl həlli vacib olan məsələlər müzakirə olunmalıdır. Təcili olaraq həll olunmalı problemlərin əvəzinə kimin-kiminlə koaliyisiya quracağı müzakirə olunur. AKP və MHP-nin koalisiya qurması müharibənin başlaması deməkdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...