İŞİD siqaret çəkənləri iyləyərək tapır

İŞİD siqaret çəkənləri iyləyərək tapır

Suriya və İraqda İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının nəzarətindəki bölgələrdə yaşayan insanlarla görüşdən sonra hazırlanan xəbərə görə, terrorçular küçələrdə kişiləri iyləyərək siqaret çəkib-çəkmədiklərinə nəzarət edir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İŞİD yaraqlılarının fikrincə, “siqaret şəriət qanunlarına görə haramdır”.

28 yaşındakı Adnan adlı suriyalı terror qruplaşmasının paytaxtına çevrilən Rakkada yaraqlıların küçələrdə kişiləri iyləyərək siqaret çəkib-çəkmədiklərinə nəzarət etdiklərini söyləyib. Terrorçuların siqaret qadağanına əməl etməyən kəslərə qırmanc cəzası verdiyini qeyd edən Adnan, kişilərin siqaret qoxusunu yox etmək üçün sıx aromalı odekolonlardan istifadə etdiklərini söyləyib.

Adnan bir dəfə də avtomobilində qadağan olunan musiqi səsləndirdiyi səbəbindən 10 qırmanc yediyini də bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...